«Açıq qapı» günündə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, bələdiyyə üzvləri, məhəllə komitələrəinin rəhbərləri və sakinlər iştirak ediblər. Bu barədə məlumatı Nərimanov bələdiyyəsi yayıb.
Bələdiyyə sədri T. Tağıyev “Azərbaycanda yerli demokratiya həftəsi”nin təşəbbüsünün əhəmiyyətini vurğulayaraq, bu aksiyanın bələdiyyə ilə əhalinin əlaqələrinin genişləndirilməsinə təkan verəcəyini bildirmiş, həmçinin, aksiyasının məqsəd və vəzifələrindən danışıb.
Görüşdə bələdiyyə üzvləri və sakinlər çıxış edərək bildiriblər ki, xalqımızın ümummilli lideri Heydər əliyev tərəfindən yaradılan yerli özünüidarə orqanları – bələdiyyələr hazırda sürətlə inkişaf edir və beynəlxalq cəmiyyətə inteqrasiya olunur.
Görüşdə həmçinin vurğulanıb ki, “Azərbaycanda yerli demokratiya həftəsi” layihəsinin uğurla gerçəkləşdirilməsi üçün gərgin iş aparılmış, bir sıra təşkilati və ideoloji tədbirlər görülmüş, bələdiyyələrin nümayəndələri üçün məşğələlər keçirilmişdir.
Aksiyadan əsas məqsəd əhalinin fəallığını artırmaq, vətəndaşların yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərini möhkəmləndirmək, habelə bələdiyyələrin fəaliyyətini demokratiyanın əsas prinsiplərinə yönəltməkdir.
Belediyye.info